“Jirona” klubu 20 yaşlı yarımmüdafiəçi Klaudio Eçeverrinin transferini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, argentinalı futbolçu mövsümün sonunadək “Mançester Siti”dən icarəyə götürülüb.
Eçeverri mövsümün ilk hissəsini icarə əsasında Almaniyanın “Bayer” klubunda keçirib. O, Bundesliqa və Çempionlar Liqasında 11 oyunda 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, yarımmüdafiəçinin transfer hüquqları 2024-cü ilin yanvarından “Mançester Siti”yə məxsusdur.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.