Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.
Sportliqa.az xəbər verir ki, AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq Bayıl stadionunda keçirilən kursa 25 nəfər cəlb edilib. Kursun ilk günündə BFF-nin prezidenti Tahir Süleymanov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı və məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə ilk məşğələlərdə nəzəri biliklərini iştirakçılarla bölüşüblər.
Üç gün davam edəcək nəzəri və praktiki kursların yekununda təlimləri uğurla keçən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az