"Valensiya"nın qapıçısı Julen Aqirresabala ağır zədə alıb.
Sportliqa.az xəbər verir ki, ispaniyalı qolkiperin dizinin çarpaz bağları qopub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hadisə komandanın məşqi zamanı baş verib. 25 yaşlı futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Julen Aqirresabala bu mövsüm "Valensiya"nın heyətində 19 oyunda meydana çıxıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az