"Barselona" və "Real"dan 100 milyon funt-sterlinq tələb edirlər
Mikki van de Ven "Tottenhem"in yeni müqavilə təklifini qəbul etməyib.
Sportliqa.az xəbər verir ki, bu barədə "Sports Boom" məlumat yayıb.
Niderlandlı müdafiəçi karyerasını İspaniya La Liqasında davam etdirə bilər. "Barselona və "Real" van de Veni transfer etmək istəyir. İngiltərə klubu 24 yaşlı mərkəz müdafiəçisi üçün 100 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, Mikki van de Ven bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 34 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib. Onun London təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.