Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti görüşünü keçirib.
Sportliqa.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda İsraillə üz-üzə gəlib.
Şimali Makedoniyanın Strumitsa şəhərində baş tutan görüşdə Azərbaycan millisi 3:0 (25:20, 25:19 25:20) hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığmamız növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək.
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi də Avropa Liqasında növbəti matçına çıxıb. Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Macarıstan yığması ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada rəqib qələbə qazanıb – 3:1.
Qeyd edək ki, komandamız növbəti matçını iyunun 21-də Portuqaliya yığmasına qarşı keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az