Bakıda təşkil edilən voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
Sportliqa.az xəbər verir ki, günün ilk matçında Niderland seçməsi Portuqaliyanı məğlub edib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma 3:0 (25:21, 25:18, 25:23) hesabı ilə bitib. “Narıncılar” I turda Rumıniyanı 3:2 hesabı ilə üstələyib.
Günün ikinci görüşündə Azərbaycan millisi Rumıniyanı sınağa çəkəcək. Matç saat 18:30-da başlayacaq.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az