İsrail çempionatında 3-cü turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" səfərdə "Hapoel" komandasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Rüfət Abdullazadə matça start heyətində başlayıb və 75-ci dəqiqədə əvəzlənib. Bu nəticədən sonra onun komandası turnir cədvəlində 3 xalla 7-ci pillədə qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az